"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi olan Avstriyanın "Volfsberger" klubu qitənin üçüncü dərəcəli turnirində çıxış etmək istəmir.
Bakupost.az oxu.az -a mediasına istinadən xəbər verir ki, rəhbərlik komandanın qarşısına Avropa Liqasında mərhələ adlamaq tapşırığı qoyub.
Baş məşqçi Ditmar Kühbauer qısa açıqlamasında bütün diqqətlərini PAOK-la görüşlərə yönəltdiklərini bildirib.
"Məqsədimiz Avropa Liqasında irəliləməkdir. Buna görə də indi nə "Omoniya", nə də "Araz-Naxçıvan" bizi maraqlandırmır. Hədəf PAOK-la oyunlarda uğurlu nəticə qazanmaqdır. Yunanıstan klubu ilə matçların nəticəsindən sonra gələcək rəqib barədə danışmaq olar".
Xatırladaq ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Volfsberger" Yunanıstan PAOK-u ilə qarşılaşacaq. Komanda bu mərhələdə məğlub olacağı təqdirdə UEFA Konfrans Liqasının pley-offuna düşəcək və "Araz-Naxçıvan" - "Omoniya" (Kipr) cütünün qalibinə rəqib olacaq.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 21-də və 28-də keçiriləcək.