Yazıçı Çingiz Aytmatovun bacısı Roza Aytmatova onun 100 illik yubileyinin qeyd edilməməsini xahiş edib.
Bakupost.az xəbər verir ki, bu barədə məlumat Kabar agentliyinə istinadən yayılıb. Roza Aytmatova müraciətində bildirib:
"Əminəm ki, onlar deyəcəklər ki, 'Aytmatovun 100 illik yubileyi üçün ayrılan vəsait başqa bir şeyə xərclənə bilərdi'. Buna görə də hökumətdən əvvəlcədən xahiş edirəm ki, bu vəsaiti adi insanların həyatını yaxşılaşdırmağa yönəltsin. Bu, onun üçün əsl xatirə olacaq."