ABŞ‑ın Men ştatında şəxsi təyyarə havaya qalxarkən qəzaya uğrayıb.
Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, qəza Bangor Beynəlxalq Hava Limanında baş verib.
FAA‑nın məlumatına görə, “Bombardier Challenger 600” tipli təyyarə dünən yerli vaxtla axşam saat 19:45 (Bakı vaxtilə gecə 04:45) radələrində havaya qalxarkən qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarə yerə çırpılıb və böyük bir yanğın başlayıb.
Rəsmi açıqlamada təyyarədə 8 nəfərin olduğu bildirilir, lakin sərnişinlərin və ekipaj üzvlərinin sağlıq vəziyyəti və kimlikləri barədə hələlik məlumat verilmir. Araşdırma FAA və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən birgə aparılır.
Hadisə zamanı bölgədə şiddətli qış fırtınası davam edirdi və hava şəraiti çox pis idi. Fırtına səbəbindən minlərlə uçuş ləğv edilib və hava şərtləri nəqliyyat və xilasetmə işlərini çətinləşdirir.
FAA, limanın müvəqqəti olaraq bağlandığını və təcili xidmətlərin qəza yerinə cəlb edildiyini açıqlayıb.
Cavid, BakuPost