Mart ayının 31-də tətil bitir və aktiv iş həyatı başlayır. İşləyənlərin çoxu istirahət günləri xaric özlərinə zaman ayıra bilmədiklərini deyirlər. Lakin işdən sonra da səmərəli vaxt keçirmək mümkündür.
İşdən sonra vaxtı səmərəli keçirmək həm fiziki, həm də zehni sağlamlıq üçün vacibdir. Gün ərzində yorulan beyin və bədən düzgün şəkildə dincəlməzsə, bu, uzun müddətdə məhsuldarlığın azalmasına səbəb ola bilər.
Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, mütəxəssislər axşam saatlarını yalnız passiv istirahətə sərf etmək əvəzinə, faydalı vərdişlər formalaşdırmağı daha məqsədəuyğun hesab edir.
Qısa gəzinti, kitab oxumaq və ya yeni bir bacarıq öyrənmək həm stressi azaldır, həm də şəxsi inkişafı dəstəkləyir. Bu zaman telefon və sosial şəbəkələrə həddindən artıq vaxt ayırmamaq da vacibdir.
Eyni zamanda ailə ilə vaxt keçirmək və ya sevdiyiniz insanlarla ünsiyyət qurmaq emosional rahatlıq yaradır. Kiçik planlama ilə axşam saatlarını daha balanslı təşkil etmək mümkündür. Həm istirahət, həm də inkişaf üçün zaman ayırmaq ən ideal variantdır.