Ru
21:58 / 26 Mart 2026

İrana dəstək olduqlarını elan etdilər: Müharibəyə qoşulmaq istəyirlər

İrana dəstək olduqlarını elan etdilər:  Müharibəyə qoşulmaq istəyirlər
Eye

Yəməndə fəaliyyət göstərən Husi hərəkatı ABŞ və İsraillə davam edən gərginlik fonunda İranı dəstəkləməyə hazır olduqlarını açıqlayıb.

Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə hərəkat nümayəndələri bildiriblər. Onların sözlərinə görə, vəziyyət birbaşa müdaxilə tələb edəcəyi halda yeni cəbhə açmaq üçün hərbi imkanlar tam hazır vəziyyətə gətirilib.

Adının açıqlanmasını istəməyən bir lider “Reuters”ə bildirib ki, qərar “həqiqət anı”nın yetişməsi ilə – yəni İran və onun rəqibləri arasında qarşıdurmanın gedişatına uyğun olaraq veriləcək.

Məlumata görə, mümkün eskalasiya halında Bab əl-Məndəb boğazı əsas hədəflərdən birinə çevrilə bilər. Bu boğaz Süveyş kanalı istiqamətində uzanan mühüm ticarət yolunun ayrılmaz hissəsidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar