Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün baş verən küçə insidenti ilə bağlı açıqlama verib.
Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Yayımlanan videoda Simonyan bildirib ki, bu gün baş verən hadisə təsadüfi olmayıb. Onun sözlərinə görə, qarşıdurma Arsen Vardanyan-ın köməkçilərindən birinin ona yaxınlaşmasından sonra başlayıb.
Simonyan iddia edir ki, həmin şəxs uzun müddətdir onu izləyib və qəsdən onun uşağının təhsil aldığı məktəbin yaxınlığında tez-tez görünürdü. O qeyd edib ki, həmin şəxs məktəb tədbirləri zamanı dafələrlə ərazidə müşahidə olunub və Simonyanın məktəbə səfərlərini lentə alıb.
Qeyd edək ki, martın 26-da İrəvanda bir şəxs Ermənistan parlamentinin sədri Alen Simonyana hücum edərək onu təhqir etməyə başlayıb.