Ru
21:44 / 26 Mart 2026

Türkiyə XİN-dən tankerin vurulmasına: Ciddi risk...

Türkiyə XİN-dən tankerin vurulmasına: Ciddi risk...
Eye

Qara dənizdə türk tankerinə edilən dron hücumu ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bakupost.az xəbər verir ki, nazirlik açıqlamasında xam neft daşıyan, ALTURA adlı, Sierra Leone bayrağı altında üzən və türk şirkəti tərəfindən işlədilən tankerin bu gün Qara dənizdə məruz qaldığı hücumu böyük narahatlıqla qarşıladığını bildirib.

“Hücumla bağlı müvafiq qurumlarımız tərəfindən zəruri araşdırmalar və texniki müdaxilələr aparılır. Gəmidə olan 27 nəfərlik türk heyətinin sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib. Qara dənizdəki Müstəsna İqtisadi Zonamız daxilində baş verən və beynəlxalq hüquqa zidd olan bu və buna bənzər hücumlar bölgədə insan həyatı, əmlak, naviqasiya və ətraf mühit təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Müharibənin Qara dəniz akvatoriyasına yayılmasının və daha da gərginləşməsinin qarşısını almaq məqsədilə aidiyyəti tərəflərlə təmaslarımızı davam etdiririk”, - açıqlamada qeyd olunub.

Bildirilib ki, bu çərçivədə, Türkiyə ölkənin bölgədəki iqtisadi maraqlarını və fəaliyyətlərini qorumaq məqsədilə beynəlxalq qanunlar əsasında zəruri tədbirlər görmək hüququnu da qorumaqdadır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar