Ru
20:39 / 14 İyul 2026

Daha bir marşrut xəttinin avtobusları yenilənir

Daha bir marşrut xəttinin avtobusları yenilənir
Eye

İyulun 15-dən paytaxtın Yeni Yasamal yaşayış massivinin Məhəmməd Xiyabani küçəsini şəhərin mərkəzi ilə birləşdirən 39 saylı marşrut xətti üzrə avtobuslar yenilənəcək.


“Bakupost” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Ətraflı

Xətt üzrə 12 ədəd iritutumlu ekoloji təmiz CNG texnologiyalı "İveco" markalı avtobus sərnişinlərə xidmət göstərəcək.

4 dəqiqə intervalla hərəkət edəcək avtobusların hərəkət istiqamətində də dəyişiklik edilib.

İyulun 15-dən etibarən 39 saylı xətt üzrə avtobuslar Parlament prospektindən metronun “İçərişəhər” stansiyasına doğru hərəkət edəcək və sonuncu dayanacaq məntəqəsi Qoşa Qala qapısının qarşısında olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar