Ru
17:19 / 30 Yanvar 2026

Daha bir rayonun icra başçısı müavinini işdən çıxardı

Daha bir rayonun icra başçısı müavinini işdən çıxardı
Eye

Samux Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini və köməkçisi vəzifədən azad edilib.


Bakupost.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Firdovsi Əliyev müvafiq əmrlər imzalayıb.

Belə ki, Arif Ağayev icra başçısının müavini, Elvar Səfərov isə icra başçısının köməkçisi vəzifəsindən azad ediliblər.

Digər əmrlərlə A.Ağayev icra başçısının Füzuli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, E.Səfərov isə RİH-in Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoruna məsləhətçi vəzifəsinə təyin olunub.

Hazırda müavin və köməkçi vəzifələri isə vakansiyaya çıxarılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar