Ru
18:10 / 30 Yanvar 2026

Təhlükəsizlik qüvvələri qadın hamamına basqın edib - ƏMƏLİYYAT

Təhlükəsizlik qüvvələri qadın hamamına basqın edib - ƏMƏLİYYAT
Eye

Rusiya Milli Qvardiyasının zabiti Yekaterinburqda qadın hamamına basqın edib. Bu zaman onun üstündə videokamera olub.

Bakupost.az xəbər verir ki, bu barədə "E1.ru" məlumat yayıb.

Qəzəblənmiş qadınlardan biri "Biz çılpaq idik, bir kişi içəri girdi və aseksual (cinsi istəyi olmayan) olduğunu bildirdi", - deyə qeyd edib.

Qadınlar iddia edirlər ki, onlar heç bir qanunu pozmayıb və sakit davranıblar.

İctimai hamamın direktoru hadisə ilə bağlı şərh verməkdən imtina edib. Nəşr mövqeyini öyrənmək üçün Rusiya Milli Qvardiyası ilə əlaqə saxlasa da, hələlik cavab almayıb.

Daha sonra məlum olub ki, təhlükəsizlik qüvvələri həmin vaxt təfərrüatı açıqlanmayan əməliyyat həyata keçirirmiş.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar