Ru
12:13 / 06 İyul 2023

Səfərbərlik Xidmətinin daha 2 vəzifəli şəxsi HƏBS EDİLDİ

Səfərbərlik Xidmətinin daha 2 vəzifəli şəxsi HƏBS EDİLDİ
Eye

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbəsinin müfəttişləri həbs edilib.

Bakupost.az Qafqazinfo-ya istinadla bildirir ki, Laçın Hərbi komissarlığının müfəttişi Ramil Həsənov və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri maddəsi ilə təqsirləndiriliblər.

Onlar barəsində məhkəmə qərarı ilə vəzifələrindən kənarlaşdırma şərtilə polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Xaçmaz rayonunun hərbi komissarı həbs edilib.

Hərbi komissarlar çağırışçıların sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində rüşvət almaqda ittiham edilirlər.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar