Ru
23:18 / 01 Sentyabr 2026

Brend endirim etmir, Azərbaycanda məhsul niyə ucuzlaşır? Lüks mağazalardakı endirimlərin sirri

Brend endirim etmir, Azərbaycanda məhsul niyə ucuzlaşır? Lüks mağazalardakı endirimlərin sirri
Eye

Dünyaca məşhur lüks brendlərin məhsullarının Azərbaycanda rəsmi satış kanallarından fərqli qiymətlərlə, bəzən isə yüksək endirimlərlə təqdim olunması diqqət çəkir.

Marketoloq Samir Mehdiyev mövzu ilə bağlı “Bakupost”a bildirib ki, brendin rəsmi saytındakı qiymətlə Azərbaycandakı mağazanın qiymət siyasəti eyni olmaya bilər.

Onun sözlərinə görə, mağazanın məhsulu hansı şərtlərlə alması, stokda qalan məhsulların sayı və yeni kolleksiyaya yer ayırmaq ehtiyacı qiymət siyasətinə təsir edən əsas amillərdəndir.

“Lüks seqmentdə mağazalar üçün əsas məsələlərdən biri stok dövriyyəsidir. Yeni kolleksiya gəldikcə əvvəlki məhsulların mağazada qalması biznes baxımından sərfəli olmur. Bu səbəbdən mağaza həmin məhsulu daha aşağı marja ilə sataraq həm stokunu yeniləyir, həm də müştəri üçün alış motivasiyası yaradır”, – deyə Mehdiyev qeyd edib.

Marketoloq bildirib ki, müxtəlif ölkələrdə eyni brend üçün fərqli kommersiya şərtləri tətbiq oluna bilər:

"Mağazanın alış qiyməti, sifariş həcmi, müqavilə şərtləri və mövsümün sonuna yaxın verilən kommersiya güzəştləri də endirim imkanlarına təsir edir".

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar