Ru
10:38 / 30 Noyabr 2019

Zəhərlənən tələbələrin kimliyi və son durumu - YENİLƏNİB

2105
Qidadan zəhərlənən tələbələrin kimliyi məlum olub.

BakuPost xəbər verir ki, bunlar 1998-ci il təvəllüdlü Tağıyev Niyaməddin Qəhrəman oğlu və 1999-cu il təvəllüdlü Həsənov Elşad Sadiq oğludur.


Qeyd edək ki, tələbələrə ilkin tibbi yardım göstərilib və sonra evə buraxılıb.

***
09:18

Bakıda iki tələbə qidadan zəhərlənib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən BakuPost-a bildirilib ki, Nizami rayonunun NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub.


Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.

3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər