“Vallah, ikimizdə bir problem vardımı, yoxdumu, ona da əmin deyiləm, heç vaxt da əmin deyildim. Həmişə mənim dostlarım deyirdi ki, siz əslində bürcə görə çox yaxşı dost olmalısınız. Siz niyə dost deyilsiniz? Deyirdim ki, vallah, bilmirəm. Yəqin ki, yaşanmışlar yaşanmalı idi. Ona görə də bu gün bu dərəcədə böyük bir xəbər oldu”.
Bakupost.az xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan “Pərvizə Görə” verilişində həmkarı Aygün Kazımova ilə barışığından danışarkən deyib.
Müğənni səmimi-qəlbdən barışdığını bildirib:
“Mən sevərək barışmışam və əminəm ki, qarşı tərəf də mənə qarşı eyni hissləri keçirir. İnşallah, bu, ömür boyu davam etsin. Zarafatla da demişəm ki, bu səfər də nəsə olsa, gərək sənətdən gedim. Buna məni məcbur etməyin. Çünki dünyada ən sevmədiyim şey küsüb-barışmaqdır. Aygün xanımın da səmimiliyinə inanıram. Özünə də dedim ki, həmişə hörmətinizi saxlayacağam”.
Lalə, BakuPost