Ru
13:18 / 09 Noyabr 2019

Dələduzluq edən "DTX generalına" elektron qolbaq taxıldı

Dələduzluq edən "DTX generalına" elektron qolbaq taxıldı
Eye

Hacıqabulda özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edən, vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən Ədalət Zalışov və Ramid Şirinovun cinayət işi üzrə məhkəmə başa çatıb.

BakuPost.az-ın məlumatına görə, Hacıqabul rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən hər iki şəxs 1 il 6 müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və onlara elektron qolbaq taxılıb.

Qeyd edək ki, Ə. Zalışov və R. Şirinov əlbir olaraq 2 nəfərin etibarından sui-istifadə edərək 17 min manat zərər vurublar.
Belə ki, Ə. Zalışov özünün DTX-nın sıravi əməkdaşı, R. Şirinovun isə Əks-Kəşfiyyat idarəsinin rəisi və general olduğunu deyib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham verilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar