Ru
11:45 / 14 Aprel 2021

Deputat həftəsonları ictimai nəqliyyatın bərpasını təklif etdi: Qadağa əsaslandırılmayıb

2034
“Hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda həftəsonları ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur. Bununla belə, xüsusən də şənbə günləri çalışanların bir qismi üçün həftəsonları ictimai nəqliyyatın işləməməsi xüsusi çətinliklər yaradır".

Bakupost.az xəbər verir ki, bunu iqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın tam əsaslandırılmadığı qənaətindədir:



"Bu baxımdan, həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədə uyğun olardı. Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur. Məsələn, həftəsonları ictimai nəqliyyatın gecəyarısınadək deyil, səhər saatlarından axşam 20.00-dək işləyə bilər. Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu həftəsonları müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər