Ru
10:49 / 19 Noyabr 2020

Deputatlar şəhid ailəsinə ətir və duş geli göndərdi - Qəzəbə səbəb oldu - FOTOLAR

8008
Milli Məclisin deputatı Anatoliy Rafailov Xaimoviç Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Aqil Məlikovun ailəsinə göndərdiyi sovqat qəzəbə səbəb olub.

“BakuPost” xəbər verir ki, bu barədə şəhidin yaxın qohumu Səma Aydəmir məlumat yayıb.
O bildirib ki, şəhidin dəfnində iştirak etməyən, 53 saylı Quba-Qusar dairəsindən olan millət vəkili Anatoliy Rafailov şəhid ailəsinə “üzrxahlıq sovqatı” olaraq duş geli, şampun, ətir, antibakterial gel, makaron və düyü göndərib.
S.Aydəmir əlavə edib ki, şəhidin ailə üzvləri deputatın göndərdiyi bağlamanı bələdiyyəyə qaytarıb. Sonra isə Rafailovun köməkçisi yenidən xahiş-minnətlə bu paketi geri gətirib.


Məsələ ilə bağlı deputatın köməkçisi Məhsəti Əliyeva “BakuPost”a bildirib ki, şəhid ailəsinə göndərilən sovqata nələrin daxil olmasından Anatoliy Rafailovun xəbəri olmayıb: "Deputat Məşhur Məmmədov Anatoliy Rafailova da təklif etdi ki, ona yaxın olan iş adamları öz dairəsindəki şəhid ailələrinə yardım ediblər, sizin də dairənizdən olan şəhid ailələrinə yardım etsinlər, A.Rafailov da razılaşıb. Məlum olduğu kimi, A.Rafailov iş adamı deyil, həkim-cərahdır, xalq arasından çıxmış insandı. Birinici Qarabağ müharibəsində cərrah kimi cəbhədən gələn yaralıları 12-14 saat ayaq üstə qalaraq əməliyyat edib. Danışirdi ki ayaqlarım şişirdi, amma mən əməliyyatları dayandırmırdım, çünki kiminsə həyatın xilas edirdim. O ki qaldı şəhidlərin dəfnində iştiraka, Quba şəhərinə giriş bağlı olduğundan Qubaya gedə bilmirik. M.Məmmədov da dedi ki, mən sizinkilərə də yardım edib, sovqat göndərəcəyəm. A.Rafailov bu sovqatı ümumiyyətlə görməyib, təşkilatçılığı Məşhur müəllimin tanıdığı iş adamları edib. Qubadakı köməkçi ilə əlaqə saxlamışam, deyir ki, bağlamada yağ, xurma, makaron, un, düyü və digər ərzaq məhsulları da var. 2 bağlama olub - məişət və ərzaq sovqatı. Bağlama Quba rayon İcra Hakimiyyətinə göndərilib. Orda da əlbəttə, icra nümayəndələri açıb, bağlamaya baxa bilməzlər. Hər iki sovqat Qarabağ uğrunda qələbədən sonra noyabrın 13-də göndərilib. Yəqin fikirləşiblər ki, sovqatın göndərilməyi qələbə ərəfəsinə düşdüyündən bu münasibətlə də şəhid ailəsini təbrik etsinlər. Çünki şəhid ailələri də qələbə xəbərinə çox sevinirdi, onların övladlarının qanı yerdə qalmadı. Bu sovqatlar, tək bu ailəyə yox, o dairədən olan bütün şəhid ailələrinə eyni cür göndərilib. Yəni, bağlamalar yardım məqsədilə göndərilib”.





Ləman Hüseynzadə

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər