Ru
15:48 / 29 İyul 2021

Deputat sərxoş halda polisi döydü - Təfərrüat (YENİLƏNİB)

19628
Deputatın polis əməkdaşını döyməsinin bəzi təfərrüatı üzə çıxıb.

Bakupost.az-a daxil olan məlumata görə, hadisə bir neçə polis əməkdaşının deputatın əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib. DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib. Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib.

Redaksiyamıza daxil olan məlumatda həmçinin vurğulanır ki, həmin restoran millət vəkilinin qohumunundur.

Məsələ barədə hələlik rəsmi açıqlama verilməyib.

DİN-in mətbuat xidmətindən Bakupost.az-a bildirilib ki, hadisə ilə bağlı nazirliyə rəsmi məlumat daxil olmayıb.

Millət vəkili isə telefonlarını açmır.

Milli Məclis də susqunluq nümayiş etdirir.

***
13:07, 29.07.2021

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməyi barədə məlumat yayılıb.

Xaçmaz sakinlərindən Bakupost.az-a bildirilib ki, hadisə dünən Nabranda baş verib.

Sakinlər qeyd edir ki, deputat səxoş olub və istirahət mərkəzlərinin birində Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib.

Hazırda polis işə çıxmır.

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş edirlər.

Məlumat artıq sosial şəbəkələrdə də sürətlə yayılır.

Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamaq mümkün olmadı. O, istifadə etdiyi hər iki mobil nömrəsini bağlayıb.
Şərhlər
  • Mustafa Qula Bala

    Polislər öz vəzifələrini qaunla yerinə yetirsələr,belə hadisə baş verməz. Mayın 28-də oglumu girov götürülmüsdü,BSBP-idarəsinə müracıət etdik,polislər cagırışa gəlmədi, sonraki gün nümayəndəmiz BŞBP idarəsində ərizə ilə müraciət etdi,dedilər nazir müavini nəzarətə götürüb,2 ay keçib heç bir nəticə, demə belə isləri elə polislər təskil edir...öz maraqları var...

  • elimardan

    nə deputatımız bir zibildi,nə polisimiz!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər