Ru
18:25 / 07 Yanvar 2026

Dərnəgül bazarına yeni rəhbər təyin ediləcək

Dərnəgül bazarına yeni rəhbər təyin ediləcək
Eye

“Dərnəgül Nəqliyyat Tikinti Ticarət” ASC-nin İdarə Heyətinə yeni sədr seçiləcək.

Bakupost.az xəbər verir ki, səhmdar cəmiyyətinin yeni rəhbəri səhmdarlarının növbədənkənar ümumi yığıncağında seçiləcək.

İclasın 23 fevralda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, söhbət Dərnəgül tikinti materialları bazarından gedir. Şirkətin səhmdarları 2024-cü ilin fevral və aprel aylarında idarə heyətinə yeni sədrin seçilməsi məqsədilə artıq bir neçə dəfə növbədənkənar iclas keçiriblər. Həmin il ASC-nin qanuni təmsilçiliyi Babayev Fayıqdan Samir Qibləliyevə ötürülüb. Hazırda şirkətin qanuni təmsilçisi Samir Qibləliyevdir.

“Dərnəgül Nəqliyyat Tikinti Ticarət” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Qurumun nizamnamə kapitalı 93 min 268 manatdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar