Ru
22:44 / 25 Noyabr 2020

Diaspor təşkilatları Paşinyanın istefasını tələb edir

1182
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını 20-dən çox erməni diaspor təşkilatı da tələb edir.

Bunu Daşnaksütyun Partiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Onların arasında Daşnaksütyun Partiyası Mərkəzi Komitəsinin İranın şimal və cənub bölmələri, Suriyadakı Erməni Milli Komitəsi, Küveytdəki milli struktur, Livan Gənclər İttifaqı, habelə daşnakların müxtəlif ölkələrdəki komitələri də var.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan noyabrın 16-da müraciətində parlamentə növbədənkənar seçkilər keçirməyə çağırmışdı. Yerevanda müxalifət Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası keçirir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər