Yerdə güclü maqnit qasırğaları başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyasından məlumat verilib.
"Qlobal stansiyalarının məlumatlarına əsasən, Yer üzündə planetar miqyaslı maqnit qasırğaları başlayıb”, - deyə qurumun Telegram kanalında bildirilib.
Alimlərin müəyyənləşdirdiyinə görə, geomaqnit indeksi böyük ehtimalla artacaq, qasırğalar isə G2-G3 səviyyəsinə çatacaq.
Lalə,
BakuPost