Bir qrup alim tərəfindən hazırlanmış yeni araşdırmaya görə, qalaktikalararası bir obyekt, noyabr ayında planetimizə hücum edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Nəşrin xəbərinə görə, bu “düşmən” yadplanetli kosmik gəminin hücumu ola bilər.
“Fərziyyəmiz doğru çıxarsa, bu, bəşəriyyət üçün son dərəcə ağır nəticələrə səbəb ola bilər.” – deyə tədqiqatçılar qalmaqallı məqalədə yazıblar.
Aysel,
BakuPost