Ru
12:42 / 25 Noyabr 2020

"Doğma Kəlbəcərimiz bizə geri qayıtdı" - XİN

1210
“Doğma Kəlbəcərimiz bizə geri qayıtdı. İşğalçı Ermənistan qüvvələri Kəlbəcər rayonumuzdan çıxarıldı”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

“Bütün xalqımızın, artıq məcburi köçkün olmayan kəlbəcərlilərin gözü aydın olsun. Artıq 93 mindən çox insan məcburi köçkün deyil. Ədalət bərpa edildi”, - deyə XİN rəsmisi vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər