Ru
09:35 / 07 Noyabr 2025

Donald Tramp pəncərəsinə lövhə asdı – “Oval Kabinet”

Donald Tramp pəncərəsinə lövhə asdı – “Oval Kabinet”
Eye

ABŞ Prezidenti Donald Trampın, Ağ Evdə təxminən 4 il 10 ay işlədikdən sonra Ağ Evdə etdiyi son əlavələr cəmiyyətdə müzakirə olunur. Bir çox insanlar son dəyişikliyi ABŞ-yə prezidentlik edən ən yaşlı şəxsin Ağ Ev koridorlarında istiqamət tapmaqda çətinlik çəkdiyini göstərən bir işarə hesab edir.

Bakupost.az xəbər verir ki, Donald Tramp Florida ştatının Mayami şəhərində çıxış etmək üçün Ağ Evdən ayrılmağa hazırlaşarkən, onu gözləyən jurnalistlər binanın xarici fasadında yeni bir əlavənin olduğunu gördülər – “Gül bağçası”ndan baxıldığında qapının girişini göstərən “Oval kabinet” yazılmış bir lövhə asılmışdı.

Lövhənin əl yazısı hərfləri dizaynı Trampın Mar-a-Lago mülkündəki qolf klubunun loqosuna çox bənzəyirdi.

Əgər bu dəyişiklik qalıcı olsa, Trampın Ağ Evin qərb tərəfində etdiyi bir sıra dəyişikliklərin sonuncusu olacaq. Bundan əvvəl Tramp, 300 milyon dollarlıq ziyafət salonu üçün Şərq hissəsindəki tarixi tikilini mübahisəli şəkildə tamamilə sökdürmüşdü.

Yanvar ayında prezidentliyinə qayıtdıqdan sonra Trampın qızılı rəng sevgisi Oval kabinetdə açıq şəkildə görünür. Demək olar ki, hər yer “24 karatlıq qızıl” olduğunu iddia etdiyi bəzəklə örtülüb.

Eyni zamanda xarici ərazidə, Kennedi administrasiyası dövründə salınmış tarixi Gül Bağçasını dəyişdirərək, ərazinin böyük bir hissəsini Florida, Palm Biçdəki klubunu xatırladan mebellərlə təchiz olunmuş veranda ilə doldurub.

Cavid, Bakupost.az


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar