Ru
12:45 / 30 Yanvar 2025

“Dortmund”un baş məşqçisi o oldu

“Dortmund”un  baş məşqçisi o oldu
Eye

Türkiyəli mütəxəssis Nuri Şahinlə ötən həftə yollarını ayıran Almaniyanın “Borussiya Dortmund” komandası yeni baş məşqçisini açıqlayıb.

Bakupost.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta xorvatiyalı Noko Kovaç gətirilib. Onunla 2026-cı il iyunun 30-na kimi müqavilə imzalanıb.


Niko Kovaç daha əvvəl Bundesliqa klublarından “Ayntraxt Frankfurt” (2016-2018), “Bavariya” (2018-2019) və “Volfsburq”u (2022-2024) çalışdırıb. Mütəxəssis həmçinin 2013-2015-ci illərdə Xorvatiya millisinin, 2020-2022-ci illərdə isə Fransa təmsilçisi “Monako”nun baş məşqçisi olub.

Bu mövsüm Bundesliqada uğursuz çıxış edən “Borussiya Dortmund” 19 turdan sonra 26 xalla 11-ci sırada qərarlaşıb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar