Nəsimi rayonu, Azadlıq prospekti 13, mənzil 28-in mansardı uçurulub, dam örtüyü yararsız hala düşüb və yağış suları birbaşa evə dolur.
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, ev sahibi Kəmalə Abdullayeva ümumi sahəsi 232 kvadratmetr olan əmlakın mansardı da sənədlərdə onların şəxsi mülkü kimi göstərilir.
Mülkiyyətçi iddia edir ki, bir müddət əvvəl onların ona görə də mansardı təmir edib, dam örtüyünü yenidən vurmaq istəyiblər. Lakin bildirdiyinə görə, Nəsimi Rayon İcra Hakimiyyətinin və Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları xəbərdarlıq etmədən tikintiyə müdaxilə ediblər.
Müsahibimiz deyir ki, havalar soyuduqca vəziyyət daha da çətinləşir. Çünki tikinti açıq qalıb, evə su axır və qış mövsümündə bu, onların yaşayışına ciddi problem yaradacaq. Mülkiyyətçi hüquqlarının təmin olunmasını istəyir.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.