Ru
12:49 / 11 Fevral 2021

Tenderin qalibi yenə Kəmaləddin Heydərovun həyat yoldaşı oldu

14457
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) elan etdiyi tenderin qalibi olub.

Bakupost.az bu barədə elektron satınalmalar portalına istinadən xəbər verir.

Mərkəz ofis yerinin icarəsi üçün tender elan edib və açıqlanan tenderin nəticəsinə görə qalib Heydərova Ruhəngiz Muxtar qızı olub. Dövlət qurumu olan BBMM icarə haqqı üçün ona 97 min 680 manat ödəyəcək.

Qeyd edək ki, Ruhəngiz Heydərova SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədridir. O, həm də YAP Qadınlar Şurasının üzvüdür.

Onu da bildirək ki, 2020-ci ilin yay ayında BBMM-nin elan etdiyi ofis yerinin icarəsi üçün də qalib Heydərova Ruhəngiz Muxtar qızı olmuşdur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər