Ru
13:25 / 30 Sentyabr 2019

“Düdelanj” - “Qarabağ” matçının hakim təyinatları açıqlandı

2049
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) matçının hakim təyinatları açıqlanıb.

BakuPost.az xəbər verir ki, oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Belə ki, matçın baş hakimi Con Biton olacaq. Ona Daniel Makfarlan və Duqlas Potter kömək edəcəklər. Dördüncü referi funksiyasını Donald Robertson yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Con Eilif Skyervold (Norveç), UEFA nümayəndəsi Mixael Zoratti (Avstriya) olacaq.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” matçı oktyabrın 3-də keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər