Ru
01:02 / 22 Noyabr 2022

Dünya çempionatı: ABŞ - Uels görüşü heç-heçə ilə başa çatdı

Dünya çempionatı: ABŞ - Uels görüşü heç-heçə ilə başa çatdı
Eye

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının B qrupunda ilk tura yekun vurulub.


Qrupun ikinci oyununda ABŞ və Uels yığmaları üz-üzə gəliblər. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.


Matçda ilk qolu amerikalılardan 36-cı dəqiqədə Timoti Vea vurub. 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qaret Beyl hesabı bərabərləşdirib. Bu, mundialda qeydə alınan ilk bərabərlik olub.


***

Qətərdəki dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyununda hesab açılıb.


36-cı dəqiqədə Timoti Vea Şimali Amerika təmsilçisini önə çıxarıb.


***

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının B qrupunun ikinci qarşılaşması başlayacaq.


Bakupost.az xəbər verir ki, bu matçda ABŞ Uels ilə üz-üzə gələcək.


DÇ-2022 B qrupu


23:00. ABŞ - Uels (“Ahmad Bin Ali” stadionu)

***

Matç başladı

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar