Ru
10:12 / 13 Avqust 2017

Lütfi Zadə vəfat etdi - ABŞ mətbuatı yazır/ YENİLƏNİB

 Lütfi Zadə vəfat etdi -  ABŞ mətbuatı yazır/ YENİLƏNİB
Eye










ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə vəfat edib.



BakuPost.az xəbər verir ki, bu barədə ABŞ-ın "dead-people.com" saytı yazıb. Məlumata görə alim dünən gecə saat 12 radələrində dünyasını dəyişib. Saytda alim barədə tvit-lər də yer alıb. Alimin vəfatı dünya elminə böyük itki kimi dəyərləndirilib.

 

***

 
Lütfi Zadə ailəsinin yaxın dostu, hazırda Amerikada olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova Azvision.az-a açıqlamasında məlumatı təkzib edib:



"Yalan məlumatlardan artıq bezmişik. İndi yanından gəlirəm. Dörd dəfə yemək yeyib, meyvə şirəsi içib. Səhhəti normaldır. Lütfi Zadənin vəfat etməsi ilə bağlı yayılan məlumatlar yalandır”, - deyə Şahnaz Şahbazova vurğulayıb.



Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.



Lütfi Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Məşhur riyaziyyatçı 1946-ci ildən ABŞ-da Massaçusets texnologiya institutunu bitirib, 1949-cu ildə Nyu-Yorkun Kolumbiya universitetində elmlər doktoru alimlik dərəcəsini alıb.



Lütfi Zadə dünya şöhrətini 51 il əvvəl süni intelellekt sahəsində qeyri-səlis məntiqi (fuzzy logic) nəzəriyyəsini hazırlayaraq qazanıb.

Qeyd edək ki, bundan öncə Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barəsində bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

 

BakuPost

 Lütfi Zadə vəfat etdi -  ABŞ mətbuatı yazır/ YENİLƏNİB
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar