Ru
20:00 / 22 Oktyabr 2020

Dünya şöhrətli şahmatçının da kəndi azad edildi FOTO

2315
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi “Twitter” səhifəsində Zəngilan şəhərinin işğaldan azad edilən növbəti kəndlərini açıqlayıb.

"BakuPost" xəbər verir ki, həmin kəndlər arasında Azərbaycanın şahmat üzrə qrossmeysteri Şəhriyar Məmmədyarovun da kəndi var. O, bu barədə "Facebook" səhifəsində paylaşım edib:

"Genlik kəndi geri alındı! Atamın, babamın ve ulu babalarımın kəndi. Mənim doğma və həsrətini çəkdiyim keçmişim artıq bu günüm və gələcəyimdir. Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur. İnanıram ki, 2020-ci ildə hər bir vətən həsrəti çəkən azərbaycanlı öz torpağına qayıdacaq. Yaşasın Azərbaycan əsgəri! Yaşasın millətimiz və tarix yazan hökümətimiz!
PS: Kim Genlik kəndində gənclik edib mənimlə şahmat oynamaq istəyirsə indidən yazsın".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər