Ru
14:14 / 29 Avqust 2026

Dünyada ən populyar ət oldu

Dünyada ən populyar ət oldu
Eye

Dünyada son 20 ilə yaxın müddət ərzində toyuq əti istehsalı 1,5 dəfədən çox artıb.

“Bakupost” “Financial Times”a istinadən xəbər verir ki, bu da toyuq ətini bəşəriyyət üçün heyvan mənşəli zülalın əsas mənbəyinə çevirib.

Qəzetin məlumatına görə, 2023-cü ildə fermerlər 76,2 milyard toyuq yetişdirib. 2006-cı ildə isə bu rəqəm 48,3 milyard təşkil edib.

Bildirilib ki, burada artım tempi də sürətlənib: əvvəllər sahə üzrə artım illik 2 faizdən bir qədər çox təşkil edirdisə, son illər bu göstərici 3 faizi üstələyib.

Toyuq ətinin ən çox istehlak edildiyi ərazilər isə Asiya-Sakit okeanı, Amerika və Avropa regionudur.

Ümumilikdə Çin və ABŞ toyuq əti üzrə qlobal istehlakın üçdə birinə sahibdir.

Bu ətin populyar olmasının əsas səbəbi isə onun qiymətinin daha əlçatan və universal olmasındadır. Belə ki, mal və donuz ətindən fərqli olaraq, toyuq ətinə dini və mədəni məhdudiyyətlər şamil edilmir və dünya üzrə bütün mətbəxlərdə rahatlıqla istifadə edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar