Ru
12:13 / 29 Avqust 2026

Erməni əsirliyindən azad edilən Dilqəm Əsgərova cinayət işi açıldı

Erməni əsirliyindən azad edilən Dilqəm Əsgərova cinayət işi açıldı
Eye

Vaxtilə Kəlbəcərdə erməni girovluğunda qalmış Dilqəm Əsgərova qarşı Şəmkir Rayon Məhkəməsində cinayət işi başlanıb.

"Bakupost" Teleqraf-a istinadən xəbər verir ki, hadisəyə səbəb ailə daxilində yaşanan insident olub.

D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edərək atasından şikayətçi olub. O, ifadəsində atasının Şəmkir rayonunun Çinarlı qəsəbəsində ona hücum çəkdiyini və dəmir parçası ilə xəsarət yetirdiyini iddia edib. Faktla bağlı başladılan cinayət işi çərçivəsində K.Əsgərov zərərçəkmiş şəxs qismində tanınaraq məhkəməyə çağırılıb.

İclas sentyabrın 2-nə təyin olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar