İslandiya illər sonra İsveçrəni geridə qoyaraq yenidən dünyanın ən bahalı ölkəsi olub.
Bakupost.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, hazırda İslandiyada qiymətlər İsveçrədəkindən üç faiz yüksəkdir:
“Pandemiyadan sonra turizmin inkişafı həm iqtisadi dirçəlişə, həm də qiymət artımlarına təkan verib. Turizm xidmət sektorunda inflyasiyaya əhəmiyyətli dərəcədə təsir göstərir. Turizmdən gələn tələb təzyiqi əməkhaqqının artmasına səbəb oldu.
2024-cü ildə İsveçrənin alıcılıq qabiliyyətinə görə tənzimlənmiş qiymət səviyyəsi İslandiya ilə müqayisədə yeddi faiz bəndindən çox yüksək idi”.