Ru
01:53 / 05 Noyabr 2020

Düşmənin yaşayış məntəqələrimizə atdığı top mərmiləri zərərsizləşdirilib FOTOLAR

20081
Noyabrın 4-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Bərdə, Goranboy, Füzuli və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 20 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən iki müraciət daxil olub.

Bununla bağlı ANAMA məlumat yayıb.

Bildirilib ki, daxil olmuş 22 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Arazbar kəndləri, Hindarx qəsəbəsi, Bərdə rayonunun Şahvəlilər kəndi, Goranboy rayonunun Meşəli kəndi, Goran qəsəbəsi, Füzuli rayonunun Mahmudlu kəndi, Tərtər rayonunun Yenikənd, Qaynaq, Səhləbad, Düyərli, Ələsgərli kəndləri, H.Aslanov küçəsi və Tərtər çayının sahilinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 22 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (D-4), 1 ədəd 9N235 bombacığı və 30 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd 122 mm-lik top mərmisi (D-4), 2 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 122 mm-lik top mərmisinin partladıcısı zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər