SƏHİYYƏ NAZİRLİYİNİN "PULSUZDUR” DEDİYİ XƏSTƏXANALARDA DOĞUŞ QİYMƏTLƏRİNİ KİM TƏYİN EDİR?
Medicina.az Azərbaycan Respublikasında uşaq dünyaya gətirməyin neçəyə başa gəldiyini araşdırıb.
Sosial şəbəkələrdə aparılan və son 3 ayda ana olmuş qadınlar arasında aparılan sorğu nəticəsində bir çox dövlət müəssisələrində, təsərrüfat hesablı olmayan xəstəxana və ginekoloji institutlarda təbii doğuş qiymətləri məlum olub.
Qiymətlər bir-birinə çox yaxındır.
Beləliklə:
- 3 saylı Sabunçu xəstəxanası - 300-350 AZN
- Respublika Klinik xəstəxanası - 400-500 AZN
- 1 saylı Klinik Xəstəxana – 400-500 AZN
- Ə. D. Məlikov adına 6 saylı xəstəxana – 350-400 AZN.
Qeyd edək ki, bu məbləğdən əlavə də bəzi xərclər gözlənilir. Doğuşa qəbul olunan qadın əvvəlcədən doğuşu qəbul edəcək mama ginekoloqla danışmalı, detalları müzakirə etməlidir. Hamilə qadınlar doğuş üçün verdikləri məbləğə görə heç bir rəsmi qəbz almayıblar. Bununla da xəstəxanada hansı məbləği ödədikləri rəsmi olaraq sübut etmək mümkün deyil.
Qəfildən doğum sancıları ilə xəstəxanaya çatdırılan bir pasiyent isə cəmi 200 AZN ödədiyini bildirib.
Xəstəxanalara qəfildən gələn, növbətçi həkimin qəbul etdiyi doğuş nisbətən ucuz başa gəlir.
Ötən ay Sabunçu xəstəxanasında doğum etmiş gənc qadın həyat yoldaşının həkimə 350 AZN verdiyini bildirib.
Özəl klinikalarda isə təbii doğuşun qiyməti 650 – 900 arasında dəyişir.
Nəzərə alaq ki, özəl xəstəxanada pasiyentin qəbulu üçün hər detala pul xərclənir, dövlət xəstəxanaları icarə, tibbi ləvazimat, işıq, su, yer və s kimi xərclərdən azaddır.
Məsələ ilə bağlı Medicina.az-a danışan Səhiyyə Nazirliyinin mətbuat nümayəndəsi Səfayə Əhmədova Azərbaycanda dövlət xəstəxanalarında vətəndaşın doğum etməsinin PULSUZ olduğunu bildirib:
"Azərbaycan Respublikası ərazisində dövlət hesablı səhiyyə müəssisələrində istənilən vətəndaş üçün doğuş pulsuzdur. İstər öncədən müraciət edən, istər küçədə qəfildən doğuş edən qadın təsərrüfat hesablı olmayan istənilən dövlət xəstəxanası və ginekoloji müəssisədə doğuş birmənalı olaraq heç bir pul ödənmədən həyata keçirilir”.
Xırdalan xəstəxanasında təbbi doğuş neciyedi bilen var?
Dogusuma az galib kesreyyet 3 defedi qiymetin bilmey istiyirem
Salam Kesr qiyməti indi ki gunde nece manatdi?
Salam mən Bizim rayon doğuş puldu Basqa Şeherde Lenkaranda pulsuzdu men oz rayonumzdan Doğum üçün ora gede bilərəm?gedmek üçün nese sened qeytyat lazmdi bir başa gede bilerem? Xaiş melmat verediz
İndi doğuşun qiyməti neçədi
Keseriye emelyati neceyedi
salam bes burda kesr neceyedır
Salam mən bakıda yaşıyıram və hamiləyəm bu 3cü hamiləlikdi çox gec bilmişəm hamiləliyin səkkizinci ayındayam inkansız ayiləyik çox xaiş edirəm mənə köməkliy edəsiz Çox xaiş edirəm körpəmi tam pulsuz doğub qucağıma almaqda yardım edəsiz
Yoldaşım iyun 28vaxtidir doğuş lazımdır sizdə bunu neçəyə doğuş eləmək olar ?
Tebii doguwun qiymeti bilmey isteyirem
Baki
Salam hamiləyəm kesr olmalıyam kesr emeliyyatinin qiymətini bilmək istəyirəm
Çox tessüf ki dövlet xestexanalarında da ödeniş teleb olunur üstelik elave xerclerde olur ki bunuda hesablasaq 1000 manata qeder xerc çıxır
Sumqayit xestexanasi 45