Ru
21:14 / 22 Sentyabr 2020

Əcnəbi iş adamı oteldə intihara cəhd etdi - Bakıda

Əcnəbi iş adamı oteldə intihara cəhd etdi -  Bakıda
Eye

Bakıda intihara cəhd hadisəsi baş verib.

"BakuPost" xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən "Reymon" otelində qeydə alınıb.

Gürcüstan respublikasının vətəndaşı, 1964-cü il təvəllüdlü Milkoşvili Levon Giorgiya oğlu bıçaqla özünə xəsarətlər yetirib. Yaralı çoxlu qan itirdiyinə görə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarnının ön divarının və hər iki saidin çoxsaylı kəsikləri diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat olunub və həkim nəzarətində saxlanılır.

Hadisənin təfərruatı araşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar