Yer kürəsində üç günlük maqnit qasırğası başlayıb.
Bakupost.az xəbər verir ki, şüa axınının koronal dəlikdən yaratdığı maqnit fırtınası G2-yə qədər arta bilər. Yəni normaldan iki dəfə güclüdür, 700 km/s-dir.
Maqnit qasırğası hazırda orta (G1-G2) kimi təsnif edilir, enerji sistemlərində və radio rabitəsində potensial fasilələr mövcuddur.
Əsasən meteohəssas insanlara, ürək-damar xəstəliyi (hipertoniya, aritmiya), diabet və sinir sistemi pozğunluğu olanlara mənfi təsir göstərir. Bu dövrdə insult və infarkt riski artır, baş ağrıları, halsızlıq və yuxu pozğunluğu müşahidə oluna bilər.