Ru
11:42 / 03 Aprel 2026

Bu üç ölkə İranla bağlı qərara qarşı çıxdı

Bu üç ölkə İranla bağlı qərara qarşı çıxdı
Eye

Fransa, Çin və Rusiya Hörmüz boğazının açılması üçün BMT Təhlükəsizlik Şurasında güc tətbiqinə imkan verən qətnamə layihəsinə qarşı çıxıblar.

Bakupost.az xəbər verir ki, bu barədə “Nyu York Times” məlumat yayıb.

Nəşri bildirir ki, mübahisəyə səbəb “bütün zəruri vasitələrdən istifadə” bəndi olub. Layihə artıq bir neçə dəfə yenidən işlənib və bu, onun dördüncü variantıdır.

Çin Xarici İşlər Nazirliyindən bildirilib ki, Hörmüz boğazındakı vəziyyətin əsas səbəbi ABŞ və İsrailin İrana qarşı qeyri-qanuni hərbi əməliyyatıdır. Vəziyyəti düzəltmək üçün atəşkəs və regionda sabitlik lazımdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar