Ru
19:26 / 04 Fevral 2026

Ekrem İmamoğlu barəsində "casusluq" üzrə ittiham aktı hazırlandı

Ekrem İmamoğlu barəsində "casusluq" üzrə ittiham aktı hazırlandı
Eye

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən "casusluq" cinayəti üzrə aparılan təhqiqat çərçivəsində, aralarında İstanbulun keçmiş meri Ekrem İmamoğlunun da olduğu dörd şübhəli barəsində ittiham aktı hazırlanıb.

Bakupost.Az bu barədə "Hurriyet" qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, vəzifəsindən kənarlaşdırılaraq həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu, habelə Necati Özkan, Hüseyin Gün və Merdan Yanardağ haqqında aparılan "casusluq" araşdırması tamamlanıb.

Sözügedən təhqiqat İstanbul Respublika Baş Prokurorluğu tərəfindən 24 oktyabr 2025-ci il tarixində başladılmışdı. Prokurorluq "İstanbul Senin" tətbiqi vasitəsilə 4,7 milyon nəfərin məlumatlarının və məkana dair koordinatlarının xarici ölkələrə sızdırıldığı, şəxslərin yer məlumatlarının isə "dark web" üzərindən satışa çıxarıldığı iddiaları əsasında araşdırmanı davam etdirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar