Ru
20:25 / 04 Fevral 2026

Bakının ən hündür binası o olacaq

Bakının ən hündür binası o olacaq
Eye

"Sea Breeze” kurort şəhərciyində ölkənin ən hündür göydələni inşa olunacaq.

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, “Cipriani Tower” adlanan yeni qüllə Xəzər dənizi sahilində salınan “Halfmoon” adasında yerləşəcək.

323 metr hündürlüyə malik olacaq bina tamamlandıqdan sonra Azərbaycanın ən hündür tikilisi statusunu qazanacaq. Qüllənin memarlıq konsepsiyası dünyaca tanınmış memar Shaun Killa tərəfindən hazırlanıb.

Xatırladaq ki, hazırda ölkədə ən hündür bina Bakı şəhəri, Heydər Əliyev prospekti 109 ünvanında inşa edilmiş 52 mərtəbəli tikilidir. Sözügedən bina istifadəyə verildikdən sonra 33 mərtəbəli “Flame Towers” kompleksini geridə qoyaraq lider mövqeyə yüksəlmişdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar