“Mən abrımdan utanaraq sakit dururam. Həyatda itirəcək çox şeyim var, ondan qorxuram. İraq olsun, abır-həyam gedər. Özümü əsəbdən itirərəm, nəsə danışaram, bilmərəm. Abrımı itirməkdən qorxuram. Ailəm, balalarım… mənim həyatda itirəcək çox şeyim var. Susmaq ən gözəlidir”.
Bakupost.az xəbər verir ki, bu sözləri müğənni Ofelya Şabanova “Günə uğurla” proqramında həmkarı Kəmalə Günəşli ilə aralarında baş verənlərdən danışarkən deyib.
“Neçə ustad sənətkar mənə zəng etdi. Ağlıma gəlməzdi ki, o boyda sənətkar yığıb mənə deyər ki, Ofelya, sənin bu boyda sənətin var, biz sənə bəzi söhbətləri danışmağa icazə vermirik. Dedim, hansı söhbətləri? Dedi, müəyyən insanlara cavab vermək...”, – deyə o qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl müğənni Kəmalə Günəşli canlı efirdə Ofelya Şabanova ilə dostluğunun bitdiyini açıqlamışdı.
Yasəmən,
BakuPost