Ru
17:47 / 23 İyul 2018

“Eldar Əzizov 1-ci müavin təyin olunmayıb” - Rəsmi açıqlama

“Eldar Əzizov 1-ci müavin təyin olunmayıb” -  Rəsmi açıqlama
Eye

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirilib.



Xəbərin yayıldığı ilk günlərdə E.Əzizovun başçının I müavini postuna gətirildiyi bildirilirdi.  Amma bu gün BŞİH-in rəsmi saytında E.Əzizov başçının müavini kimi təqdim olunub.



BakuPost xəbər verir ki, Modern.az dəqiqləşmə aparmaq üçün BŞİH-nin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlayıb.

 

Nailə Məmmədova açıqlamasında bildirib ki, rəsmi saytdakı təqdimat doğrudur: "Eldar Əzizov birinci müavin yox, başçının müavini təyin edilib. O, eyni zamanda başçının səlahiyyətlərini icra edir”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar