Ru
16:30 / 08 Noyabr 2019

Eldar Həsənovun qardaşının adı keçən MƏHKƏMƏ BAŞA ÇATDI – 29 il HƏBS

4918
Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovu hədələyib pulunu almaqda təqsirləndirilən Elxan Hümbətov, Rövşən Əliyev və Hətəmxan Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakupost.az-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Elxan Hümbətova 12 il, Rövşən Əliyev 9 il , Hətəmxan Çobanov isə 8 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər baş həkimi şəxsi həyata aid görüntülərini yaymaqla hədələyib, 125 min manat pulunu və iPhone markalı telefonunu ələ keçirməkdə təqsirli biliniblər.
Təqsirləndirilən şəxslər baş həkimdən pul və telefonu aldıqlarını etiraf edirlər. Amma deyirlər ki, baş həkim pulları onu Sumqayıta baş həkim gətirmək vədi ilə alıblar.
Həmçinin saxlanılan şəxslər həkimə özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları olduqlarını deyiblər.

Bu işdə keçmiş baş prokuror, hazırda isə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənovun qardaşı Ələkbər Həsənovun da adı keçir. Təqsirləndirilən şəxslər özlərini B.Əyyubovun adamları, DTX polkovniki kimi təqdim edib, hətta R.Əyyubovun adından onunla telefonla danışıblar, onu vəzifəyə təyin etdirə biləcək gücə sahib olduqlarını deyiblər.
Ə.Həsənov isə özü baş həkimlə danışıb. O, həmin xəstəxananın həkimi Samir Rəcəbovun işdən çıxarılmaması xahişiylə M.Zeynalova zəng edib.

Ə.Həsənov təqsirləndirilən R.Əliyevin dayısıdır.

Rövşəngil də baş həkimi Ə.Həsənovun də iştirak etdiyi bir məclisdə tanıyıblar. İkinci dəfə Samir həkimin işdən çıxarılma təhlükəsi yarananda Rövşəngil məsələyə qarışıb. Rövşən baş həkimə zəng edərək, özünü R.Əyyubovun sürücü kimi təqdim edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər