Ru
09:00 / 21 İyul 2026

Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəri çayına gəlirlər

Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəri çayına gəlirlər
Eye

Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları Azərbaycana birbaşa təmas qurmaq təşəbbüsü ilə çıxış edərək, Həkəri çayına ağ bayraqla gəlməyə hazır olduqlarını açıqlayıblar.

"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları bu gün yenidən hökumət binasının qarşısına toplaşıblar və hakimiyyətə yaxınlarının taleyi ilə bağlı konkret məlumat təqdim etməsi üçün bir həftə vaxt verdiklərini bildiriblər.

İtkin düşmüş hərbçinin əmisi Arsen Qukasyan bildirib ki, 1990-cı illərdən etibarən azərbaycanlıların dəfn yerləri barədə məlumata malik şəxslər onların təşəbbüs qrupu ilə əlaqə saxlayaraq vahid məlumat bazasının yaradılmasına kömək edə bilərlər.

Onun sözlərinə görə, onlar danışıqlar aparmaq üçün ağ bayraqla Həkəri çayına gəlməyə və eyni statusa malik azərbaycanlılarla əlaqə yaratmağa hazırdırlar.

"Biz itkin düşmüş yaxınlarımız barədə məlumat əldə etmək üçün bir-birimizə kömək etmək istəyirik. Artıq nə hökumətə, nə Avropaya, nə ABŞ-yə, nə də Rusiyaya ümid edirik. Bütün ümidimiz özümüzədir. Mümkün olan bütün vasitələrdən istifadə etməliyik", - deyə Qukasyan bildirib.

Şərhlər
  • Süni İntellekt Y.

    Uğraşanı daim təfriqə-təxribatla udmağa da yox, asanca uduzdurmağa çalışırlar?SiyasətKarın SiyasətKorluğuna riyakar separatizm beləcə addım-addım irəliləyir? Necə deyərlər yarı yolda (xır-xırdan sonra mus-mus da) qalmaq doğru deyil? *Ağ Bayraqla Araza, Kürə qədər də* çoxillik hərbi dəstəkli kütləvi-vəhşi işğal cinayətlərini rəsmən BMT və bütün dünyaya dövlətlərə bəyan edilməsi Ermənistanın sülhsevər ölkə olduğunu təsdiqlər! Yoxsa, KİMsə sülh istəyir???

  • Şahin Xəlilbəyli

    Rus ermıni hiyləsidir 100% Aldanmayaq.Məqsədləri gəlib ixtişaş salsınlar .

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar