Ru
13:32 / 21 İyul 2026

“Vital Hospital”dan ölü doğulan uşaqla bağlı açıqlama – “Başınız ağrıyacaq”

“Vital Hospital”dan ölü doğulan uşaqla bağlı açıqlama – “Başınız ağrıyacaq”
Eye

"Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib. Bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.

"Bakupost" Bizim.Media-a istinadla xəbər verir ki, məsələ ilə bağlı “Vital Hospital”-ın direktoru Afaq Məcidova yayılan videoları şantaj olaraq adlandırıb:

"O videolar yalandır, şantajdır. Biz Daxili İşlər Nazirliyinə xəbər vermişik. Bu haqda Nazirliyin cinayət-axtarış söbəsi bu gündən icraata başlayıb, tədbir görüləcək. Bu, yanlış məlumatdır, paylaşsanız, başınız ağrıyacaq", - deyə direktor çox aqressiv şəkildə cavab verib.

Xatırladaq ki, məsələylə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən də araşdırma başlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar