Ru
23:30 / 20 İyul 2026

Azərbaycan nefti hər şeyi dəyişdi – İsraildən gözlənilməz qərar

Azərbaycan nefti hər şeyi dəyişdi –  İsraildən gözlənilməz qərar
Eye

İsraildə "erməni soyqırımı"nın tanınması ilə bağlı səsvermənin gündəlikdən çıxarılmasının səbəbi açıqlanıb.


"Bakupost" "Maariv" nəşrinə istinadla xəbər verir ki, İsrail "erməni soyqırımı"nın tanınması ilə bağlı səsvermədən Azərbaycan neftini itirmək qorxusuna görə imtina edib.

Məlumata görə, iyunun sonunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saarla söhbətində Bakının narazılığını çatdırıb. Buna baxmayaraq, İsrail Nazirlər Kabineti qətnaməni təsdiqləyib.

Lakin pərdəarxası müzakirələr zamanı İsrailin Azərbaycanla strateji enerji asılılığı əsas arqumentə çevrilib. Bildirilir ki, İsrailin idxal etdiyi neftin 40 faizdən çoxu Azərbaycandan tədarük olunur.

Knessetdə qətnamənin qəbulu üçün kifayət qədər dəstək olmadığından məsələ gündəlikdən çıxarılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar