Ru
11:44 / 04 Dekabr 2025

Eldar Mansurovun oğluna yüksək vəzifə verildi – İdarə Heyətinin sədri oldu

Eldar Mansurovun oğluna yüksək vəzifə verildi – İdarə Heyətinin sədri oldu
Eye

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədr təyin edilib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, bu, Ülvi Eldar oğlu Mansurovdur.

Qeyd edək ki, Ü.Mansurov 1983-cü ildə Bakıda anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsilib, 2015-ci ildə isə Böyük Britaniyanın Vorvik Universitetinin Biznes Məktəbində MBA dərəcəsi alıb, 2013-cü ildə Azərbaycanda fəlsəfə doktoru, 2024-cü ildə isə Vorvik Universitetində biznes idarəçiliyi üzrə doktorluq dərəcəsinə yiyələnib.

Ü.Mansurov əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankı ASC-də (ABB) başlayıb, 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb, 2012-ci ildə Bank Technique ASC-nin İdarə Heyətinin (İH) sədri, 2015-ci ildə isə ABB-nin İH sədrinin müavini vəzifəsinə təyin olunub.

O, 2017-ci ildən Azərpoçt MMC-nin baş direktoru, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən bu təyinata qədər isə Azərbaycan İnvestisiya Şirkəti ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.

Əlavə edək ki, Anar Mansurov tanınmmış bəstəkar Eldar Mansurovun oğludur.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar