Ru
12:12 / 06 Avqust 2026

Üç gün öncə səfir idi, indi həbsə göndərilir

Üç gün öncə səfir idi, indi həbsə göndərilir
Eye

Ukrayna məhkəməsi bu gün ölkənin ABŞ-dəki keçmiş səfiri Olqa Stefanişina üçün həbs-qətimkan tədbiri təyin edəcək.

"Bakupost" xarici mətbuata istinadən xəbər verir ki, prokuror 13,3 milyon qrivna (təxminən 506.455 manat) girov tələb edir.

Lakin Stefanişinanın vəkili məhkəmədən məbləğin 10 milyon qrivnaya (təxminən 380.000 manat) endirilməsini xahiş edib.
O, buna əsas kimi ABŞ-dən Ukraynaya qayıtmaq və məhkəmə prosesi ilə bağlı çəkilən xərcləri əsas gətirib.

Qeyd edək ki, dünən Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu Stefanişinaya qarşı qanunsuz varlanma ittihamı irəli sürüb.

Stefanişina Ukrayna Prezidenti Volodimir Zelenskinin əmrilə avqustun 3-də səfir vəzifəsindən azad edilib.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar