Ru
12:44 / 25 Noyabr 2025

“Elə bilirsız asan idi” – Samirə Əfəndi erməni nümayəndəyə yüksək bal verməsindən danışdı – VİDEO

“Elə bilirsız asan idi” – Samirə Əfəndi erməni nümayəndəyə yüksək bal verməsindən danışdı – VİDEO
Eye

Müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra onunla qucaqlaşması müzakirələrə səbəb olub.

Bakupost.az xəbər verir ki, Samirə Əfəndi birmənalı qarşılanmayan bu davranışına prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində aydınlıq gətirib.

“Bir qazi qızı, general nəvəsi və bu ölkənin vətəndaşı olduğum üçün düşünürəm ki, gələcək biz gənclərin əlindədir. Sözsüz ki, biz tarixi unutmarıq və unutdurmarıq. Prezidentimizin qurduğu sülh siyasətinin dalınca getməyə çalışıram. Mənə elə gəlir ki, ölkədən kənara çıxan və göz önündə olan hər kəs sülhə doğru kiçik körpülər qurmalıdır.

Mən həmin iştirakçını finala qədər çox kəsmişəm. Elə olub ki, hər kəs 12 bal verib, amma mən 10 bal vermişəm. Söhbət musiqidən, təhsildən gedirsə, həmin iştirakçı həqiqətən çox gözəl ifa edirdi. Ona 12 bal verməyim hamını çox heyrətləndirdi. Mən bu hərəkətimə görə peşman deyiləm. Çünki dəfələrlə onun haqqına girdim. Amma finalda onun layiq olduğu xalı verdim. Mən musiqiçi kimi baxıram, siyasətçi deyiləm ki, düşmənlik edim. Mən ora düşmənlik etməyə yox, ölkəmi təmsil etməyə getmişəm”, - ifaçı bildirib.

Qeyd edək ki, müsabiqənin final mərhələsində Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana ən yüksək - 12 bal verib.

Bakupost.az həmin videonu təqdim edir:


Şərhlər
  • AQIL

    DOĞRU HƏRƏKƏT ETMİSİZ.BİZ QALİB OLDUĞUMZU, REAL MÜBARİZƏ APARDİĞİMİZİ BÜTÜN SAHƏLƏRDƏ SÜBUT ETMƏLİYİK.BU YERİNDƏ, RƏĞBƏTƏLAYİQ HƏRƏKƏT İDİ....

  • Cavid Əliyev

    Bu qızcığaz hər kimsə durumdan özünə vəzifə yaratmaq istəyib. Kim ona deyib ki, sülh güvərcini olsun. Bu bir şeyi də ortaya çıxartdı ki, belə yarışlara hər önünə gələni göndərməmək lazim. İndi bir qələt edibsə, nətəcəsinə də qatlansın.

  • B.Qarabağlı

    Samirə xanım əsl Əfəndi kimi gerçək haqlı-qiymətini, elə erməni qızıdır deyə bircə BAL da üstəlik verməliydi? Kütləvi 1713-1794cü illərdə, sonradan 1828ci ilə qədər xaçla Rusiya kilsələrinə köç edən hay ailələri əsasən azərbaycanlıların, yerli türklərin evlərinə məskunlaşdırılıb? Bu tarixi humanizm sonrakı qarışıq ailələrlə daha da *dərinləşib*. Əsrlər boyu tarixi hərbi terrora qarşı insani-xeyirxah münasibətləri bir müğənninin haqlı-gerçək qiymətinə qarşı necə pozmaq olar? Cinayətkarların da hər biri mütləq qaydada Azərbaycan və Beynəlxalq Ədalət hüququnun mühakimələri ilə ciddi cəzalandırılmalıdırlar.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar